“Crocus City Hall”da terror aktında silahlılar öz aralarında ərəb dilində danışıblar: Yeni faktlar üzə çıxdı

“Crocus City Hall”da terror aktında silahlılar öz aralarında ərəb dilində danışıblar: Yeni faktlar üzə çıxdı






presstv

"Presstv"az #Audi, #Moskva vilayəti, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalına hücum zamanı terrorçular öz aralarında və telefonda ərəb dilində danışıblar.

presstvaz-ın xəbərinə görə, bu barədə TASS 2-ci Qərb Dairə Hərbi Məhkəməsində keçirilən prosesin iştirakçısına istinadən məlumat verib.

Zərərçəkənlərdən olan bir qadının sözlərinə görə, terrorçular atışmanın sonuna yaxın öz aralarında ərəb dilində bəzi ifadələr işlədiblər. Qadın, həmçinin terrorçuların telefonda da bu dildə və ehtimal ki, qadınla danışdıqlarını da eşidib.

Qadının ifadəsinə görə, o, iki silahlının heç birindən rus dilində ifadələr və sözlər eşitməyib. Terror aktı zamanı o və anası yaralanıb, qızın atası isə həlak olub.

Həmçinin zərərçəkmişin sözlərinə görə, terrorçular “Crocus” ziyarətçilərinin kürəklərinə atəş açıblar, bəzi ziyarətçilər isə özlərini ölü kimi göstərərək xilas olmağa və alovlara bürünən tamaşaçı zalını tərk etməyə müvəffəq olublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv