Britaniyada 90 animatronik dinozavrın olduğu park satılır

Britaniyada 90 animatronik dinozavrın olduğu park satılır






presstv

"Presstv"az #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Dinozavr, #Hərrac, #Meşə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyanın Tenbi şəhərindəki dinozavrlar tematik parkı 4 milyon funt sterlinqə satışa çıxarılıb.

presstvaz-ın “Luxury Property News” nəşrinə istinadən verdiyi məlumata görə, parkda 36 attraksion, kafe, suvenir mağazası, meşə cığırı və 90 animatronik dinozavr var.

Park 1994-cü ildə tikilib və ilk dəfə satışa çıxarılıb. Parkın hazırkı sahibləri təqaüdə çıxmaq qərarına gəliblər və hal-hazırda gəlirli biznesləri üçün yeni bir menecer axtarırlar.

Qeyd olunub ki, 2025-ci ilin mart ayında park 1 055 099 funt sterlinq gəlir əldə edib. Daşınmaz əmlak “Christie & Co” hərracında 3 999 950 funt sterlinqə satılır.

Hazırda park normal rejimdə işləyir və sahibləri parkın mülkiyyətçisi dəyişənə qədər onu idarə etməyi və yeni ziyarətçilər qəbul etməyi planlaşdırırlar.

Biletin qiyməti böyüklər üçün 17,95 funt sterlinq, 3-15 yaş arası uşaqlar üçün isə 16,50 funt sterlinqdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv