Qələbənin simvolu: Körpə Zəfər atasının döyüş yolunu adında yaşadır

Qələbənin simvolu: Körpə Zəfər atasının döyüş yolunu adında yaşadır






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Ailə, #Audi, #Ədliyyə Nazirliyi, #Körpə, #Müharibə, #Vətən müharibəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

O, hələ körpədir, amma adı ilə böyük bir tarixi daşıyır – Zəfər. Valideynləri bu adı təsadüfən seçməyiblər. 44 günlük Vətən müharibəsindən sonra valideynlər övladlarına ən çox “Zəfər” adını qoyublar. Hazırda iki yaşı olan Zəfər ailəsinə böyük sevinc bəxş edib.

Balaca Zəfərin atası, Vətən müharibəsi iştirakçısı Vüsal Həmidov bildirib ki, döyüş xatirələrini övladının adında yaşadır:

“Əvvəlcədən övladımıza “İmran” adını verməyi düşünürdük. Lakin Zəfər gününə təsadüf etdiyinə görə qərar verdim ki, oğlumuzun adı Zəfər olsun. Həm gələcəkdə öz adı ilə fəxr edəcək, həm də hansı əlamətdar gündə dünyaya gəldiyini anlayacaq”.

Vüsal Həmidov deyir ki, bu adı seçəndə həm sevinc göz yaşları, həm də qürur hissi yaşayıb:

“Oğlumun adını çağıranda Vətən müharibəsindəki qələbə sevincini yenidən yaşayıram”.

Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsindən verilən məlumata görə, Vətən müharibəsindən sonra qəhrəmanların adlarının uşaqlara verilməsində artım müşahidə olunub. 2020-ci ildən indiyədək 1 266 uşağa Polad, 539 uşağa Zəfər, 284 uşağa isə Xudayar adı qoyulub.

Ətraflı İTV-nin süjetində:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv