Çoxları çörəyi orada saxlayır – yanlış edirik

Çoxları çörəyi orada saxlayır – yanlış edirik






presstv

"Presstv"az #Araşdırma, #Çörək, #Dondurma, #Soyuducu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

+1 ilə +5 °C temperaturda çörəkdə nişastanın kristallaşması başlayır. Məhz buna görə, çörək hələ xaricən qurumamış kimi görünsə də, tez bir zamanda yumşaqlığını itirir və bayatlayır.

presstvaz xəbər verir ki, su çörəyin içində yenidən paylanır, nəticədə içi bərk və ovulan hala gəlir, dadı isə itib gedir. Beləcə, ətirli təzə çörək əvəzinə siz quru və sərt məhsul əldə edirsiniz.

Soyuducu çörəyin dostu deyil, onun əsas düşmənidir. Elmi araşdırmalar göstərir ki, soyuqda çörək otaq temperaturundan daha tez bayatlayır. Səbəb isə nəmin itməsi yox, nişastanın quruluşunda baş verən dəyişikliklərdir.

Hətta qalın qablaşdırma da kömək etməyəcək: paket içində də eyni proseslər baş verir. Daha da pisi, əgər çörək artıq xarab olmağa başlayıbsa, soyuducu sadəcə bu prosesi "dayandırır". Onu çıxardığınız kimi küf yenidən üzə çıxır.

Çörək üçün optimal mühit təxminən +20 °C, kağız paket və ya parça torbadır. Belə şəraitdə çörək həm ətrini saxlayır, həm də nə kiflənir, nə də teksturasını itirir.

Çörəyi daha uzun müddət saxlamaq lazımdır? Dondurmaq yeganə etibarlı üsuldur. -18 °C-dən aşağı temperaturda kristallaşma prosesi dayanır və məhsul təzə qalır. Yeganə şərt onu təbii yolla, otaq temperaturunda açmaqdır. Mikrodalğalı sobadan istifadə etmək olmaz.

Soyuducu tərəvəz və ya yüksək nəmli məhsullar üçün ideal ola bilər, amma çörək üçün zərərli mühitdir. Hətta doğranmış baton da orada tez dadını itirir: kənarları quruyur, ortası isə yapışqan hala gəlir.

Düzgün qablaşdırma və isti mühit təzəliyin sirridir. Unutmayın: çörəyin havaya ehtiyacı var, amma soyuğa yox. /Lent.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv