Bazarlara vergi nəzarəti gücləndirilir – Bu tarixdən… – VİDEO

Bazarlara vergi nəzarəti gücləndirilir – Bu tarixdən… – VİDEO






presstv

"Presstv"az #Qiymət artımı, #Vergi Məcəlləsi, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bazarlarda piştaxta icarə götürənlərə vergi nəzarəti gücləndirilir.

presstvaz xəbər verir ki, oktyabrın 1-dən bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər qüvvəyə minir. Dəyişikliklərə əsasən, bazarlarda icarədarların faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarlarına aid deyil.
Bəzi icarədar satıcılar da bildiribrlər ki, bu qərarla bağlı onlara rəhbərlik tərəfindən xəbərdarlıq edilib.
Millət vəkili Vüqar Bayramov Xəzər TV-yə bildirib ki, dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda bazarlarda uçotsuz fəaliyyətin qarşısı alınacaq. Bu isə öz növbəsində icarə haqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq. Bununla yanaşı, bazarlarda süni qiymət artımı da ola bilər.

Millət vəkili onu da əlavə edib ki, süni qiymət artımı hallarının baş verməməsi üçün müvafiq qurumların bazarlarda monitorinqləri gücləndirməsinə ehtiyac var. Çünki uçotun təkmilləşdirilməsində məqsəd qiymətlərin və xərcin artırılması deyil. Uçot sisteminin təkmilləşməsidir və burada da şəffaflığın təmin edilməsi əsasdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv