Niyə birdən-birə qulağımız tutulur? – Ani karlığın səbəbləri AÇIQLANDI

Niyə birdən-birə qulağımız tutulur? – Ani karlığın səbəbləri AÇIQLANDI






presstv

"Presstv"az #Audi, #Depressiya, #Qrip, #Soyuqdəymə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İnsanlarda ani qulaq tutulmasına səbəb olan faktorlar kimi qulaqlıqla yüksək səsdə musiqi dinləməklə yanaşı, səhər yuxudan gec oyanma, yağlı yeməklər və müasir həyatın digər aspektləri müəyyən edilib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Sohu” portalı məlumat verib.

Ani karlıq – qəfil baş verən və üç günə qədər davam edən eşitmə itkisinə deyilir. Onun sindromlarından biri oyandıqdan sonra qulaq tıxanıqlığı və eşitmənin azalmasıdır. Ani karlığın səbəblərindən biri daxili qulaqda qan dövranının pozulmasıdır. Oradakı qan damarları kiçik ölçüsü ilə fərqlənir, tıxanmalara və spazmlara qarşı həssasdır.

Yağlı qidalar, uzun müddət qulaqlıq taxmaq və yuxu vaxtını gecikdirmək bu damarların daha sürətlə aşınmasına səbəb olur. Bundan əlavə, soyuqdəymə və ya qrip də eşitmənin azalmasına səbəb ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 65 yaşdan yuxarı hər üç nəfərdən biri eşitmə qabiliyyətinin itirilməsindən əziyyət çəkir. Bu vəziyyət nəinki həyat keyfiyyətini aşağı salır, həm də sosial təcrid, koqnitiv geriləmə və hətta depressiyanın ağır formalarına gətirib çıxara bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv