BMT baş katibinin sözçüsü: “Azərbaycan Prezidenti Baş Assambleyadakı çıxışında çox önəmli fikirlər səsləndirdi”

BMT baş katibinin sözçüsü: “Azərbaycan Prezidenti Baş Assambleyadakı çıxışında çox önəmli fikirlər səsləndirdi”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #COP29, #Ermənistan, #İlham Əliyev, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı çox mühüm idi və o, burada çox önəmli fikirlər səsləndirdi”.

presstvaz xəbər verir ki, bunu “Report”a BMT baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

Sözçü bildirib ki, Azərbaycanın BMT-nin Yüksəksəviyyəli Həftəsində ölkə başçısı səviyyəsində təmsil olunması Prezident İlham Əliyevin BMT-yə verdiyi dəyərin göstəricisidir:

“Hər dəfə bir ölkə öz təmsilçiliyini baş nazir və ya xarici işlər naziri səviyyəsindən dövlət başçısı səviyyəsinə qaldıranda bu həmin ölkə üçün BMT-nin və BMT üçün də o ölkənin nə qədər əhəmiyyətli olduğunun göstəricisidir”.

S.Düjarrik BMT-nin baş katibi Antoniu Quterreş ilə Prezident İlham Əliyev arasında baş tutan görüşdən və müzakirə olunan məsələrdən də bəhs edib:

“Azərbaycan sonuncu iqlim konfransına – COP29-a ev sahibliyi etmişdi. O, BMT-nin səylərində əsas tərəfdaş idi. Azərbaycan, həmçinin uzun illərdir, çoxtərəfli diplomatiyaya çox böyük dəstək göstərməkdə davam edir. Təbii ki, baş katib Prezident Əliyevlə görüşündə Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatdırılması nəticəsində əldə olunan nailiyyətləri vurğuladı. Bu isə digər regional münaqişələr üçün də ümid yaradır. Baş katib bu iki ölkə arasında sülhün Ermənistan və Azərbaycan xalqları, həmçinin region naminə davam etməsi üçün əlindən gələni edəcəyini bildirdi. Bu, onların müzakirə etdikləri məsələlərdən biri idi”.

Sözçü bildirib ki, Azərbaycan BMT-nin ən uğurlu üzv ölkəsidir:

“Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyi və COP29-da əldə etdiyi böyük uğurlarla çoxtərəfli diplomatiyaya töhfə göstərib. İndi isə Azəbaycan BMT-nin 2026-cı ildə Bakıda keçiriləcək Habitat konfransına hazırlaşır. Azərbaycan istər Qoşulmama Hərəkatı, istər COP görüşü, istərsə də Habitat konfransı ilə BMT-yə töhfələr verməkdə davam edir. Bu, Azərbaycanın beynəlxalq ictimaiyyətin bir hissəsi olduğunun və çoxtərəfli diplomatiya sahəsində səylərimizin iştirakçısı olduğunun bariz göstəricidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv