Vitamin D çatışmazlığı ilə depressiya arasında əlaqə varmı?

Vitamin D çatışmazlığı ilə depressiya arasında əlaqə varmı?






presstv

"Presstv"az #Depressiya, #Günəş, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son zamanlar aparılan tədqiqatlar göstərir ki, vitamin D çatışmazlığı insanların ruh halına mənfi təsir göstərə bilər və depressiya riskini artırır. Bu vitaminin beyindəki kimyəvi proseslərdə rolu olduğu və onun azlığı nəticəsində əhval-ruhiyyənin pozulması mümkün olduğu qeyd olunur.

presstvaz xəbər verir ki, alimlər xüsusilə qış aylarında günəş işığının azalması ilə vitamin D səviyyəsinin aşağı düşməsinin depressiya hallarını artırdığını bildirirlər. Vitamin D beyin hüceyrələrinin fəaliyyətində, xüsusən də serotonin istehsalında vacib rol oynayır. Serotonin isə "xoşbəxtlik hormonu" kimi tanınır və əhval-ruhiyyəni tənzimləyir.

Beynəlxalq tədqiqatlarda vitamin D-nin kəskin çatışmazlığı olan insanlarda depressiya simptomlarının daha çox müşahidə olunduğu müəyyən edilib. Bu səbəbdən mütəxəssislər xüsusilə risk qrupuna daxil olan şəxslərin vitamin D səviyyəsini nəzarətdə saxlamağın vacib olduğunu vurğulayırlar.

Vitamin D çatışmazlığının qarşısını almaq üçün günəş işığında kifayət qədər olmaq, vitamin D ilə zənginləşdirilmiş qidalar qəbul etmək və lazım gəldikdə əlavə vasitələrdən istifadə etmək tövsiyə olunur. Depressiya əlamətləri hiss edən şəxslərin isə mütləq həkimə müraciət etmələri vacibdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv