Levandovski “Barselona” tarixində Neymarın izini təkrarladı

Levandovski “Barselona” tarixində Neymarın izini təkrarladı






presstv

"Presstv"az #Audi, #Futbol, #İspaniya, #Neymar, #Polşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polşalı hücumçu Robert Levandovski İspaniya çempionatının 6-cı turunda “Ovyedo” ilə keçirilən görüşdə (3:1) fərqlənib. Belə ki, o, “Barselona”nın heyətində 105-ci qolunu vuraraq klub tarixində əhəmiyyətli nailiyyətə imza atıb.

presstvaz xəbər verir ki, bu barədə tanınmış statistik “MisterChip” (Aleksis Martin-Tamayo) “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, təcrübəli forvard bu göstərici ilə komandanın sabiq ulduz futbolçusu Neymarın rekorduna çatıb.

Qeyd edək ki, Levandovski 2022-ci ildən “Barselona”nın formasını geyinir. Onun klubla müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. Hazırda futbolçunun transfer dəyəri 12 milyon avro məbləğində qiymətləndirilir.

Hans-Diter Flikin rəhbərliyi altında “Barselona” La Liqada 16 xalla ikinci pillədə qərarlaşıb. Komanda növbəti turda, sentyabrın 28-də “Real Sosyedad”ı qəbul edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv