Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün start veriləcək

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün start veriləcək






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Belarus, #Boks, #Futbol, #İdman, #III MDB Oyunları, #Karate, #Kuba, #Özbəkistan, #Pakistan, #Qazax, #Qazaxıstan, #Qəbələ, #Qırğızıstan, #Rusiya, #Şəki, #Sərbəst güləş, #Tacikistan, #Tennis, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda təşkil olunan III MDB Oyunlarında bu gün ilk yarışa start veriləcək.

presstvaz yarışın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu gün Qəbələdə stolüstü tennisçilər mübarizəyə başlayacaqlar.

Stolüstü tennis yarışı Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək.

İlk gündə kişilər və qadınlar arasında komanda yarışları keçiriləcək. Yarışların ilk günündə finalçılar müəyyənləşəcəklər.

Kişilər arasında yarışlarda 1/4 finalda Rusiya və Belarus qarşılaşacaqlar. Bu cütün qalibi yarımfinalda Qazaxıstanla görüşəcək. Digər yarımfinalda isə Azərbaycan və Özbəkistan mübarizə aparacaqlar.

Qadınlar arasında yarışlar yarımfinaldan start götürür:

Özbəkistan – Rusiya

Belarus – Azərbaycan.

Yarımfinalın qalibləri ertəsi gün finalda qarşılaşacaq, məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaqlar.

Qeyd edək ki, yarışa 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılacaq. Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.

Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3×3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda təşkil olunacaq.

III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv