“Azərbaycan prokurorluğu: Suverenliyin təminatında rolu” adlı seminar keçirilib

“Azərbaycan prokurorluğu: Suverenliyin təminatında rolu” adlı seminar keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Konstitusiya və Suverenlik İli, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Şəhər Prokurorluğunda “Azərbaycan prokurorluğu: Suverenliyin təminatında rolu” mövzusunda seminar təşkil olunub.

presstvaz-ın məlumatına görə, tədbirdə Bakı şəhər və tabe rayon prokurorluqlarının əməkdaşları, ali təhsil müəssisələrinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri, habelə media nümayəndələri iştirak ediblər. Seminar iştirakçıları prokurorluq fəaliyyətinin müasir tələblərini, vətəndaşlarla qarşılıqlı münasibətlər və hüquqi maarifləndirmə istiqamətlərini ətraflı öyrənmək imkanı əldə ediblər.

Seminarı giriş sözü ilə açan Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. O, seminarın əsas məqsədinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan gənclərin peşəkar inkişafına dəstək vermək, prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanışlıq yaratmaq və cəmiyyətdə hüquqi maarifləndirməni artırmaq olduğunu vurğulayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında hüquqi maarifləndirmənin önəmini, prokurorluq orqanlarının müasir dövrdə qarşılaşdığı çağırışları, həmçinin cəmiyyətlə effektiv əlaqələrin prokurorluğun fəaliyyətindəki rolunu diqqətə çatdırıb.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli “Konstitusiya və Suverenlik İli: Azərbaycan dövlətçilik tarixində yeni mərhələ və prokurorluğun dövlət suverenliyinin təminində rolu” mövzusunda çıxış edərək seminar iştirakçılarını ətraflı şəkildə məlumatlandırıb. O, çıxışında Konstitusiya və Suverenlik İli çərçivəsində prokurorluq fəaliyyətinin prioritet istiqamətlərini xüsusi vurğulayıb, dövlət suverenliyinin qorunmasında prokurorluq orqanlarının hüquqi və praktiki funksiyalarını izah edib. Eyni zamanda, hüquqi nəzarət mexanizmlərinin rolu, qanunun aliliyinin təmin olunması üçün prokurorluq tərəfindən tətbiq olunan prosedurlar və istintaq proseslərinin səmərəliliyi barədə iştirakçılara geniş təqdimat verilib.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kafedra rəisi, dosent, hüquq üzrə fəlsəfə doktoru Səyyad Ağayev çıxış edərək dövlətçilik ənənələrinin möhkəmləndirilməsində hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin zəruriliyini, prokurorluğun bu istiqamətdə mühüm rolunu diqqətə çatdırıb.

Seminar interaktiv formatda davam edib. Tələbələr çıxışçılara onları hüquqi sahədə maraqlandıran suallar ünvanlayaraq ətraflı cavablar əldə ediblər. Eyni zamanda, seminar zamanı prokurorluq işinin praktiki nüansları, vətəndaş müraciətlərinə baxılması və ictimaiyyətlə əlaqələrin təşkili sahəsində real təcrübələr təqdim olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv