Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək






presstv

"Presstv"az #Ağdaş rayonu, #Ailə, #Azərbaycan, #Gəncə şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindəndir. 

Azərbaycan dövləti bu kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər mütəmadi olaraq, mərhələli şəkildə davam etdirilir. Bu diqqət və qayğının nəticəsi olaraq, indiyədək xeyli sayda ailə yeni mənzillərlə təmin olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, qeyd edilən istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Gəncə şəhərində və Ağdaş rayonunda da bu kateqoriyaya aid olanlara yeni mənzillər veriləcək.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Gəncə şəhərində 16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı və 8 ədəd üçotaqlı mənzilin, Ağdaş rayonunda isə 20 ədəd ikiotaqlı və 27 ədəd üçotaqlı mənzilin verilməsi ilə bağlı hazırlıqlara başlayıb.

Qurum həmin ailələrə verilməsi üçün sözügedən mənzillərin satınalınmasına isə 6,5 milyon manatdan çox vəsaitin sərf olunacağını proqnozlaşdırıb. 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv