Leyla Əliyeva Nyu-Yorkda Sloveniya prezidentinin həyat yoldaşı Ales Musarla görüşüb

Leyla Əliyeva Nyu-Yorkda Sloveniya prezidentinin həyat yoldaşı Ales Musarla görüşüb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Böyük Qayıdış, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Leyla Əliyeva, #Məcburi köçkün, #Nyu-York, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sentyabrın 25-də Nyu-Yorkda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qarşı tərəfin müraciəti əsasında Sloveniya prezidentinin həyat yoldaşı Ales Musar ilə görüşüb.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Ales Musar Sloveniya Respublikasının Hökuməti tərəfindən 1998-ci ildə mina qurbanlarına dəstək məqsədilə yaradılmış “İnsan Təhlükəsizliyinin Artırılması” (ITF) adlı humanitar qeyri-kommersiya təşkilatının fəaliyyəti barədə məlumat verdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizin üzləşdiyi mina probleminə diqqəti çəkdi. Leyla Əliyeva qeyd etdi ki, minalar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə və “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması prosesinə ciddi maneə törədir. Buna baxmayaraq, Azərbaycan tərəfindən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyətinin aparıldığı və mina qurbanlarına dəstəyin göstərildiyi, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinin həyata keçirildiyi bildirildi.

Söhbət zamanı dünyada su qıtlığı problemi, Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı fikir mübadiləsi aparıldı, Sloveniyada keçirilən Bled Su Forumunun əhəmiyyətinə toxunuldu.

Görüşdə Azərbaycan ilə Sloveniya arasında bu sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olundu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv