“Formula-1” üzrə Azərbaycan Qran-prisi ABŞ-də rekord tamaşaçı auditoriyası toplayıb

“Formula-1” üzrə Azərbaycan Qran-prisi ABŞ-də rekord tamaşaçı auditoriyası toplayıb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Azərbaycan Qran-prisi, #Bakı, #Formula-1

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Builki “Formula-1” üzrə Azərbaycan Qran-prisi ABŞ-də bu mərhələnin televiziya yayımları tarixində ən populyar yarış olub.

presstvaz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb.

“Formula-1″in yayım hüquqlarına uzunmüddətli sahib olan ABŞ telekanalı ESPN rekord tamaşaçı marağı qeydə alıb.

Bazar günü keçirilən əsas yarışın canlı yayımı, demək olar ki, 1.1 milyon tamaşaçı toplayıb – bu, Azərbaycan Qran-prisi üzrə ABŞ televiziya tarixində ən yüksək göstəricisidir. Qeyd edək ki, yarış ABŞ vaxtı ilə səhər saatlarında start götürüb. Əvvəlki rekord 2021-ci ildə 970 min tamaşaçı ilə qeydə alınmışdı, 2024-cü ildə isə bu rəqəm 865 min idi.

Ümumilikdə, 2025-ci ildə ESPN, ESPN2 və ABC kanallarında “Formula-1” yarışlarının televiziya auditoriyası orta hesabla 1.4 milyon nəfər təşkil edir. Bu da ABŞ-də “Formula-1” yayımlarının tarixində ən yüksək nəticədir. Əvvəlki rekord göstərici 2022-ci ildə 1.21 milyon tamaşaçı olmuşdu.

Xatırladaq ki, sonuncu Azərbaycan Qran-prisi sentyabrın 19-21-də baş tutub. Yarışın qalibi “Red Bull” komandasının pilotu Maks Ferstappen olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv