Binədə ölüm saçan sürücülərlə bağlı tədbirlər görülür – RƏSMİ

Binədə ölüm saçan sürücülərlə bağlı tədbirlər görülür – RƏSMİ






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avto, #avtobus, #avtomobillər, #Bakı, #Hadisə, #Nəqliyyat, #Xəzər rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Paytaxtın Xəzər rayonu Binə qəsəbəsində sürücülərin əksistiqamətli hərəkət yoluna çıxaraq nəqliyyat axınına qarşı hərəkət etməsinin videogörüntləri ilə bağlı Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır”.

presstvaz bildirir ki, bu məlumat Oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib.

“Yol hərəkəti qaydasını kobud şəkildə pozan və digər nəqliyyat vasitələrinə təhlükə yaradan sürücülər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülür”, – deyə məlumatda bildirilir.

13:52

Bakının Xəzər rayonu Binə qəsəbəsində sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozublar.

presstvaz  xəbər verir ki, bununla bağlı görüntü paylaşılıb.

Qeyd olunub ki, şəhərdən qəsəbə istiqamətinə gələn əsas yolda sürücülər kütləvi şəkildə yolun əks istiqaməti ilə hərəkət edərək, öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarının həyatını da təhlükəyə atıblar. Buna səbəb kimi isə yolun tıxac olduğu göstərilib.

Binə sakinləri bildiriblər ki, ümumilikdə, qəsəbə ərazisində sürücülər avtomobillərini çox təhlükəli idarə edirlər. Yol nişanlarının tələblərinə əməl edən çox az sürücüyə rast gəlmək olar. Hərəkət nizamlanmadığı və nəzarət edilmədiyi üçün qəsəbənin əsas yolu hesab olunan Əli İsazadə küçəsində tez-tez yol-nəqliyyat hadisələri baş verir.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv