Rusiyada ayı insanlara hücum etdi: Ölən və yaralanan var – Hadisə anından GÖRÜNTÜLƏR

Rusiyada ayı insanlara hücum etdi: Ölən və yaralanan var – Hadisə anından GÖRÜNTÜLƏR






presstv

"Presstv"az #Audi, #Hadisə, #Həkim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Petropavlovsk-Kamçatsk şəhərində insanlar ayının hücumuna məruz qalıblar. Hadisə nəticəsində bir qadın həlak olub, bir yeniyetmə isə yüngül xəsarətlərlə canını qurtara bilib.

Bu barədə presstvaz Rusiya mətbuatına istinadən xəbər verir.

Bununla bağlı yayılan kadrlardan görünür ki, yırtıcı əvvəlcə bir kişiyə hücum edib. Ancaq yerli sakin zirək tərpənib, cəld maşına atılıb və qapını bağlayıb. Ayı bir neçə dəfə maşına pəncəsi ilə zərbə endirdikdən sonra ərazidən uzaqlaşıb.

Vəhşi heyvan sonra yeniyetməyə hücum edib. Məktəbli qaçsa da, ayı onu haqlayıb və çantasına pəncəsi ilə zərbə endirib, nəticədə yeniyetmə yıxılıb, gicgahı və dizlərindən zərbə alıb. O, həyatını xilas etmək üçün özünü ölülüyə vurub. Ayı onun öldüyünü düşünərək ərazidən uzaqlaşıb. Uşaq təhlükənin sovuşduğunu anladıqda yavaşca sürünərək oradan uzaqlaşıb.

Ayı daha sonra məktəb stadionunun ərazisində bir qadına hücum edib. Zərərçəkən qadın başından və əlindən ağır yara alıb. Kamçatka Vilayət Xəstəxanasına çatdırılan qadını həkimlər xilas edə bilməyiblər.

Ovçular heyvanı zərərsizləşdiriblər.

“Ayı stadionun küncünə sıxılmış qadının üstündə idi. Bir ovçu tüfənglə stadiona qaçdı. Ayı qalxaraq ovçuya tərəf getməyə başladı. Ayı nəhəng idi. Ovçu atəş açdı – mən üç dəfəsini saydım, sonra əminlik üçün bir dəfə də atəş açdı”, – deyə baş verən hadisənin şahidi hüquq-mühafizə orqanı əməkdaşlarına danışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv