Bəxtiyar Aslanbəyli: “Britaniya Azərbaycanın investisiya cəlbi və iqtisadi artım sahəsində ən yaxın tərəfdaşlarından biridir”

Bəxtiyar Aslanbəyli: “Britaniya Azərbaycanın investisiya cəlbi və iqtisadi artım sahəsində ən yaxın tərəfdaşlarından biridir”






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Böyük Britaniy, #Böyük Britaniya, #Cəbrayıl, #Günəş, #London

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“bp London və Bakı arasındakı münasibətlərin ön cəbhəsində dayanmaqdan və Azərbaycanın inkişafında uzunmüddətli tərəfdaş kimi çıxış etməkdən qürur duyur”.

presstvaz xəbər verir ki, bunu bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli I Azərbaycan-Böyük Britaniya ilk siyasi dialoqunun açılış mərasimində deyib.

O bildirib ki, Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Qərb ölkələrindən biri olub:

“1992-ci il martın 11-də Böyük Britaniya və Azərbaycan diplomatik münasibətlər qurub. O vaxtdan bəri iki ölkə arasındakı tərəfdaşlıq yalnız inkişaf edib. Böyük Britaniya Azərbaycanın investisiya cəlbi, iqtisadi artım və bilik mübadiləsi sahəsində ən yaxın tərəfdaşlarından biridir. Bugünkü dialoq hər iki ölkənin əməkdaşlığı dərinləşdirmək və qarşılıqlı anlaşmanı möhkəmləndirmək istiqamətində dəyişməz öhdəliyini nümayiş etdirir. Azərbaycandakı fəaliyyəti isə bp-nin daha geniş əməkdaşlıq tarixi ilə sıx bağlıdır”.

“bp-nin Bakıda nümayəndəliyinin açılmasından bu günə qədər Azərbaycan hökumətinin dəstəyi və yerli sahibkarlar, həmçinin İT mütəxəssislər ilə əməkdaşlıq nəticəsində şirkət dünya miqyasında iri enerji layihələrini həyata keçirə bilib. Həmin layihələr təkcə Xəzər regionunun enerji simasını dəyişməyib, həm də qonşu ölkələrin və bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasına ciddi töhfə verib. Biz uğurlu əməkdaşlığın davamını səbirsizliklə gözləyirik. Azərbaycanda bp-nin ölkənin enerji keçidinə dəstək verməyə yönəlmiş bir sıra mühüm sazişlər imzalamasından qürur duyuruq. Ən mühüm nailiyyətlərdən biri “Şəfəq” layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi olub. Bu, bp-nin Azərbaycanda 30 ildən artıq mövcudluğu və strateji tərəfdaşlığı dövründə imzaladığı ilk günəş enerjisi layihəsidir. Xüsusilə qürurverici hal odur ki, layihə azad olunmuş ərazilərdə – Cəbrayıl rayonunda həyata keçiriləcək. Bu məkan kommersiya və mühəndislik baxımından unikal meydançadır. Layihənin icrası nəticəsində təxminən 240 meqavat günəş enerjisi istehsal olunacaq”, – deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv