Vasif Talıbovun oğlu üç il əvvəl təcili satdığı hoteli yenidən geri aldı

Vasif Talıbovun oğlu üç il əvvəl təcili satdığı hoteli yenidən geri aldı






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Audi, #Bakı, #Dollar, #Gürcüstan, #Hakim, #Jurnalistlər, #London, #Naxçıvan Muxtar Respublikası, #Qara dəniz, #Torpaq sahəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov Gürcüstanda Qara dənizin sahilində yerləşən dəbdəbəli hotelini yenidən geri alıb.

presstvaz Lent.az-a istinadla xəbər verir ki, o, həmçinin eyni ərazidəki əvvəlki əmlakını da təkrar alıb.

Qeyd olunub ki, sabiq Naxçıvan rəhbərinin oğlu bu hoteli atasının gözlənilməz istefasından qısa müddət sonra satıb.

May ayında Rza Talıbov Batumidəki hoteli geri almaq üçün 8.6 milyon dollar ödəyib. Bu, səhmlərin alışı ilə bağlı ictimai sənəddə təsdiqlənib. Jurnalistlər Bakıda miqrasiya xidməti rəsmisi olan 43 yaşlı Talıbovun Gürcüstan sahilindəki əmlaklarını genişləndirdiyini müəyyən ediblər.

Batumidəki hotel əvvəlcə “Divan Suites” adlanırdı. İndi isə bina “London 1889” adı ilə fəaliyyət göstərir.

Bundan əlavə, Talıbovun “B-Pearl” turizm şirkəti Makhinjauri sahil rayonunda 730 min dollara torpaq sahəsi alıb. Batumi hakimiyyəti artıq dəniz mənzərəli mənzillərlə 11 mərtəbəli yaşayış binasının tikintisini təsdiqləyib.

Bu sövdələşmələr Talıbovun Naxçıvanda ailəsinin nüfuzunun zəifləməsindən sonra daşınmaz əmlaka böyük yatırımlara qayıdışını göstərir.

2022-ci ildə aparılan araşdırma göstərib ki, Rza və qardaşı Seymur vasitəçi şirkətlərdən 20 milyon dollardan çox şübhəli köçürmə alaraq, BƏƏ və Gürcüstanda təxminən 63 milyon dollarlıq əmlak əldə ediblər.

Vasif Talıbovun 2022-ci ilin dekabrında istefasından sonra ailə aktivləri, o cümlədən bank və Batumidəki hoteli təcili satışa çıxarılıb.

Jurnalistlərin sorğusuna cavab olaraq o bildirib ki, alış bank kreditləri hesabına maliyyələşdirilib və satışla geri alış investisiya strategiyasının bir hissəsi olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv