Britaniyalı hərbçilər təlim zamanı səhv tanka atəş açdılar

Britaniyalı hərbçilər təlim zamanı səhv tanka atəş açdılar






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Britaniya ordusunda keçirilən təlim zamanı “Warrior” tankının ekipajı “Challenger-2” tankını düşmən texnikası zənn edərək atəşə tutub.

presstvaz bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.

Bildirilir ki, hərbçilər istilik kamerası vasitəsilə “Challenger-2” tankını görüb və səhvən onu düşmən tankı hesab ediblər.

Bundan sonra onlar təxminən 500 metr məsafədən 30 mm-lik “Rarden” topundan “Challenger-2” tankına altı atəş açıblar. Xoşbəxtlikdən, tankdakı dörd ekipaj üzvünün heç biri xəsarət almayıb. Top, döyüşdə adətən istifadə edilən qəlpəli-fuqas və ya zirehdeşən mərmilərin əvəzinə, partlayıcı maddəsi olmayan təlim mərmiləri ilə doldurulmuş olub.

Müdafiə Nazirliyinin nümayəndəsi təlimlər zamanı baş vermiş hadisəni təsdiqləyərək, nazirliyin rəsmi araşdırmaya başladığını bildirib.

Qurumdan həmçinin qeyd ediblər ki, insident qapalı ərazidə baş verib. Tankın özünə heç bir ziyan dəyməyib və artıq təlimlərə qayıdıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv