Böyük Britaniya Fələstindən məktəb dərsliklərinin dəyişdirilməsini tələb edir

Böyük Britaniya Fələstindən məktəb dərsliklərinin dəyişdirilməsini tələb edir






presstv

"Presstv"az #Ailə, #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Dərslik, #HƏMAS hərəkatı, #London, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniya hökuməti Fələstin Milli Administrasiyasından tam diplomatik münasibətlər qurmazdan əvvəl terrorçuların ailələrinə ödənişləri dayandırmağı və məktəb dərsliklərini yenidən yazmağı tələb edir.

presstvaz-ın xəbərinə görə, bu barədə “The Daily Telegraph” nəşri mənbələrə istinadən məlumat verib.

Məlumata görə, London israr edir ki, Fələstin Milli Administrasiyası israilliləri öldürən və ya onlara qarşı hücumlara görə saxlanılan “şəhidlərin” qohumlarına müavinət ödəməyi dayandırsın. Nəşr qeyd edib ki, Fələstin Prezidenti Mahmud Abbas xüsusi fərmanla bu sxemə son qoymaq niyyətindədir.

Bundan əlavə, Böyük Britaniya Baş naziri Kir Starmerin hökuməti antisemitizmin mövcudluğu səbəbi ilə Fələstinin məktəb dərsliklərində dəyişikliklər edilməsinə nail olmaq istəyir. Üçüncü tələb siyasi islahatların keçirilməsi və yeni seçkilərin təşkilidir. Nəşr əlavə edib ki, London bu məsələlərlə bağlı Parislə sıx əməkdaşlıq edir. Qeyd olunur ki, yalnız bu tələblər yerinə yetirildikdən sonra Böyük Britaniya Şərqi Qüdsdə səfirlik açmağa və ya Fələstinlə beynəlxalq müqavilələr imzalamağa hazır olacaq.

Xatırladaq ki, sentyabrın 21-də Kir Starmer Londonun Fələstinin dövlətçiliyini tanıdığını elan edib. O əlavə edib ki, Fələstinin radikal HƏMAS hərəkatı gələcəkdə Fələstinin idarə olunmasında heç bir rol oynamamalıdır. Starmer hərəkat üzvlərinə qarşı yeni sanksiyaların tətbiq olunduğunu elan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv