81 yaşlı amerikalı aktyor şərti həbs cəzasına məhkum edildi

81 yaşlı amerikalı aktyor şərti həbs cəzasına məhkum edildi






presstv

"Presstv"az #Aktyor, #Audi, #Hadisə, #Məhkum

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

81 yaşlı amerikalı aktyor Qeri Byuzi 2022-ci ildə Nyu-Cersidə keçirilən qorxu filmləri festivalında qadına nalayiq şəkildə toxunduğuna görə 2 il şərti həbs cəzasına məhkum edilib.

presstvaz xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.

Xatırladaq ki, 2022-ci ilin avqustunda Qeri Byuziyə qarşı seksual xarakterli hərəkətlərə görə bir sıra ittihamlar irəli sürülmüşdü. O, cinsi qısnama və nalayiq hərəkətlər də daxil olmaqla, dörd maddə üzrə təqsirləndirilib. Hadisələr Nyu-Cersi ştatının Çerri-Hill şəhərindəki “Doubletree” hotelində keçirilən “Monster Mania” qorxu filmi festivalında baş verib.

Qeyd edək ki, Qeri Byuzi “Oskar” və “Qızıl Qlobus” mükafatlarına namizəd olub. O, “The Buddy Holly Story” (“Baddi Hollinin hekayəsi”) filmindəki baş roluna görə BAFTA mükafatına da namizəd göstərilib. Aktyor “Ölümcül silah” (Lethal Weapon), “Dalğanın zirvəsində” (Point Break), “Mühasirə altında” (Under Siege) və digər filmlərdəki rolları ilə tanınır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv