Norveç XİN: “BMT böyük böhranla üz-üzədir”

Norveç XİN: “BMT böyük böhranla üz-üzədir”






presstv

"Presstv"az #Antonio Quterreş, #Audi, #Dollar, #Münaqişə, #Norveç

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Heç kimə sirr deyil ki, BMT hazırda kifayət qədər böyük böhranla üz-üzədir”.

presstvaz “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Norveçin xarici işlər naziri Espen Bart Eyde deyib.

Norveç XİN rəhbərinin sözlərinə görə, təşkilat həm siyasi, həm də maliyyə böhranı ilə üzləşib. Eyde qeyd edib ki, bütün dünyada hərbi aksiyalar və münaqişələr tüğyan edir və bu zaman təşkilatın nizamnaməsinin demək olar ki, bütün qaydaları pozulur. Diplomat hesab edir ki, vəziyyət belə davam edərsə, dünya daha təhlükəli ola bilər.

Xatırladaq ki, sentyabrın 19-da BMT-nin maliyyə çatışmazlığı səbəbindən HİV/AİDS proqramını bağlamağı planlaşdırdığı açıqlanıb. Bu barədə təşkilatın baş katibi Antonio Quterreşin hesabatında qeyd olunub.

Əvvəllər bildirilirdi ki, BMT-nin 2026-cı il büdcəsi 2024-cü il səviyyələri ilə müqayisədə 15% – 500 milyon dollar azaldıla bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv