Rusiyada 160 min nəfər hərbi xidmətə göndərildi

Rusiyada 160 min nəfər hərbi xidmətə göndərildi






presstv

"Presstv"az #Hərbi xidmətə çağırış, #Rusiya, #Rusiya MN

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada yaz çağırışı zamanı 160 min nəfər hərbi xidmətə göndərilib.

presstvaz xəbər verir ki, bunu Rusiya silahlı qüvvələrinin Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi Vladimir Tsimlyanskiy bildirib.

Onun sözlərinə görə, orduya payız çağırışı Vahid Hərbi Qeydiyyat Reyestrindən istifadə edilməklə aparılacaq:

“Payız çağırışı oktyabrın 1-dən dekabrın 31-dək davam edəcək”.

Rusiya MN rəsmisi payızda hərbi xidmətə çağırışın “xüsusi hərbi əməliyyat”la bağlı olmadığını da vurğulayıb.

O, eyni zamanda, Rusiyada çağırışçıların hərbi xidmət müddətinin dəyişməyəcəyini də qeyd edib:

"Müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılaraq yaşayış yerlərinə göndəriləcəklər. Çağırışçılar yalnız Rusiya daxilində birlik və hərbi birləşmələrə göndəriləcək. Çağırışçılar “xüsusi hərbi əməliyyat”ın tapşırıqlarına cəlb olunmayacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv