Zaqatalada dağ çaylarına ağır texnikalar cəlb olundu

Zaqatalada dağ çaylarına ağır texnikalar cəlb olundu






presstv

"Presstv"az #Azərbaycan, #çayda, #Zaqatala rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Zaqatalanın dağ çaylarında sel sularına qarşı mühafizə işlərinə başlanılıb.

presstvaz xəbər verir ki, bu barədə Report-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ceyhun Mirzəyev məlumat verib.

Baş mühəndis bildirib ki, ətraf əraziləri seldən qorumaq üçün qabaqlayıcı tədbirlər plana uyğun olaraq aparılır. Buna baxmayaraq, yaz və payız aylarında aramsız yağan yağışlar təbii olaraq dağ çaylarında suyun səviyyəsini artırır:

"Mənbəyini Böyük Qafqaz sıra dağlarından götürən çaylar ən təhlükəli çaylar hesab olunur. Talaçay çayı Zaqatala rayonu ərazisindən keçən və dağıdıcı gücə malik olan çaylardan biridir. Hazırda çayda suyun səviyyəsi artıb. Çayın məcrasında idarənin buldozerləri vasitəsi ilə təmizləmə işləri həyata keçirilir. Bundan başqa Katexçayda, Talaçayda, Muxaxçayda, Bəkməzçayda və Qara çayda buldozerlər, ekskavatorlar vasitəsilə torpaq valların və çay yatağının tənzimlənməsi işləri 60 km məsafədə həyata keçirilib".

Qeyd edək ki, Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən bu ilin 8 ayı ərzində Talaçay sisteminin sol sahilində Yuxarı Tala kəndinin yaşayış məntəqlərinin mühafizə olunması məqsədilə 30 paqon metr uzunluğunda sahilqoruyucu daş-beton bənd təmir olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv