Mirzoyandan Zəngəzur açıqlaması: Bakı ilə anlaşmalar var…

Mirzoyandan Zəngəzur açıqlaması: Bakı ilə anlaşmalar var…






presstv

"Presstv"az #ABŞ, #Ararat Mirzoyan, #Azərbaycan, #Ermənistan, #Vaşinqton, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Tramp yolu”nun (Zəngəzur dəhlizi) təfərrüatı Ermənistan və ABŞ nümayəndə heyətləri arasında təmaslar, müzakirələr və danışıqlar yolu ilə aydınlaşdırılacaq.

presstvaz Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Azərbaycan tərəfi ilə ümumi anlaşmalar var və bunlar kommunikasiyaların açılmasının hər iki ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi və yurisdiksiyası çərçivəsində, maneəsiz, qarşılıqlı üstünlüklərlə həyata keçiriləcəyini nəzərdə tutan Vaşinqton bəyannaməsində öz əksini tapıb”, – nazir bildirib.

“Niyə görə Azərbaycandan fərqli olaraq sənəddə Ermənistanla bağlı bölmədə “maneəsiz keçid” ifadəsi yoxdur” sualına Mirzoyan belə cavab verib:

“Maneəsiz keçid nədir? Onlarla konvensiya və beynəlxalq sənəd var ki, Ermənistanın həmin maneəsiz keçidlə bağlı öhdəlikləri var. Üstəlik, təkcə Azərbaycanla bağlı deyil”.

Xarici işlər naziri bu və digər məsələlərlə bağlı Ermənistan müxalifətinə qulaq asmamağı tövsiyə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv