Özbəkistan Ukraynaya nota verdi

Özbəkistan Ukraynaya nota verdi






presstv

"Presstv"az #Araşdırma, #Hadisə, #Kiyev, #Özbəkistan, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Özbəkistan vətəndaşlarının köləlikdə saxlanması ilə əlaqədar Ukrayna Xarici İşlər Nazirliyi və Baş Prokurorluğuna notalar göndərib.

presstvaz xəbər verir ki, bu barədə Özbəkistan XİN sözçüsü Axror Burxanov deyib.

Bildirilib ki, bununla əlaqədar olaraq Özbəkistan Respublikasının Ukraynadakı səfirliyinin əməkdaşları vəziyyəti araşdırmaq üçün hadisə yerinə gedib və vətəndaşlar yerli xəstəxanaya yerləşdirilib.

"Səfirlik vətəndaşlarımızla bağlı vəziyyəti tam nəzarətə götürüb və onların Özbəkistana qayıtmasını təmin etmək üçün bütün lazımi tədbirləri görür. Xüsusilə, Özbəkistan vətəndaşlarına konsulluq və hüquqi yardım göstərilməsi üçün Ukrayna Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğuna müvafiq notalar göndərilib", – Burxanov bildirib.

Bundan əlavə, Özbəkistan Xarici İşlər Nazirliyi vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi tövsiyə edir.

Qeyd edək ki, Kiyevdə 13 Özbəkistan vətəndaşının kölə şəraitində əməyə cəlb edildiyi məlum olub. Faktla bağlı iki nəfər saxlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv