Anasından xəbər gəldi, məşqçi göz yaşı tökdü – Video

Anasından xəbər gəldi, məşqçi göz yaşı tökdü – Video






presstv

"Presstv"az #Braziliya, #Çin, #London, #Serbiya, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kişi voleybolçular arasında baş tutan Braziliya – Serbiya qarşılaşmasından öncə birincilərin baş məşqçisi Bernardu Rezende göz yaşlarını saxlaya bilməyib.

presstvaz Publika.az-a istinadən xəbər verir ki, oyun ərəfəsində 66 yaşlı mütəxəssisin 90 yaşlı anasının vəfat xəbərini aldığı məlum olub. Rezende komandadan kənarlaşsa da, meydanı tərk etməyib. O, özünü ələ almağa çalışıb, lakin bu, asan olmayıb.

Braziliya millisi 0:3 hesabı ilə məğlub olaraq sensasiyalı şəkildə dünya çempionatından kənar qalıb. İlk turda Çin üzərində (3:1), daha sonra isə Çexiya üzərində (3:0) qələbə qazanan komanda mərhələ adlamaq üçün serblərə qarşı görüşdə heç olmasa bir set qazanmalı idi.

Rezende Braziliya voleybolunun əfsanəvi simalarından biridir. O, oyunçu kimi 1982-ci ildə dünya çempionatının gümüş medalını qazanıb, 1984-cü il Olimpiadasında da “gümüş” əldə edib.

“Bernardinyu” 2001-ci ildə Braziliya yığmasına baş məşqçi təyin olunub və 2018-ci ilə qədər bu postda çalışıb. Onun rəhbərliyi altında komanda Afina-2004 və Rio-2016-da Olimpiya çempionu olub, Pekin və London Oyunlarında isə finala qədər yüksəlib. 2002, 2006 və 2010-cu illərdə dünya çempionatının qalibi Braziliya məhz onun rəhbərliyi ilə uğura imza atıb. 2023-cü ildə isə Rezende yenidən vəzifəsinə qayıdıb.

1994–2000-ci illərdə, o, qadınlardan ibarət Braziliya millisinin baş məşqçisi olub və komanda iki Olimpiadada gümüş medal qazanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv