Ermənistanın viza möhürlərindən Ağrı dağının təsvirini çıxarmaq qərarı Türkiyənin tələbləri ilə bağlıdır?

Ermənistanın viza möhürlərindən Ağrı dağının təsvirini çıxarmaq qərarı Türkiyənin tələbləri ilə bağlıdır?






presstv

"Presstv"az #Audi, #Ermənistan, #Nikol Paşinyan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ermənistan hökumətinin ölkənin viza möhürlərindən Ağrı dağının təsvirini silmək qərarı Türkiyənin hər hansı tələbi ilə bağlı deyil”.

presstvaz TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.

“Pasport möhürlərinə gəlincə, bu məsələ bir neçə ay əvvəl gündəmə gəlib. Bu məsələ Ermənistan-Türkiyə danışıqlarında müzakirə olunmayıb və müzakirə oluna da bilməz. Legitimlik amili bizim təhlükəsizlik strategiyamızda mühümdür. Biz özümüz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi ilə ərazi bütövlüyünü və suverenliyini tanımalıyıq və tanıyırıq da. Dövlətimizin sabitliyini təmin etmək üçün strategiyamız var. Bunun üçün də dövləti düzgün vəziyyətə gətirməliyik”, – deyə o qeyd edib.

Xatırladaq ki, sərhəd keçidlərində viza möhürlərinin dəyişdirilməsi ilə bağlı qərar hökumətin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv