Bazarda canlanma var: bu maşınlar 20% bahalaşa bilər

Bazarda canlanma var: bu maşınlar 20% bahalaşa bilər






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Azərbaycan, #Çin, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yay mövsümündə avtomobil bazarında durğunluq var idi, amma hazırda fəallığın artdığını və alqı-satqının çoxaldığını deyə bilərik. Ölkəyə gətirilən avtomobillərin sayında və növlərində də çoxalma var.

Bu sözləri presstvaz-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov ölkədə avtomobil bazarındakı son vəziyyəti şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, bazarın canlanmasına əsasən iki amil təsir göstərib:

“Birincisi, dövlətin ekoloji təmiz nəqliyyat vasitələrinə – elektromobil və hibridlərə tətbiq etdiyi rüsum güzəştləridir. Xüsusilə Çindən gətirilən hibrid avtomobillərin münasib qiymətə təklif olunması müəyyən tənzimlənmə yaratdı. İkincisi, alıcılar köhnə maşın almaqdansa, yeni və hibrid avtomobillərə üstünlük verməyə başladılar. Nəticədə köhnə maşınların bazarı demək olar ki, sıradan çıxdı”.

Cəfərov bildirib ki, ikinci əl avtomobil bazarında qiymətlərdə təxminən 10-15 faiz, mühərrik həcmi 3000 sm³-dən yuxarı olanlarda isə 20 faizə qədər enmə müşahidə edilir:

“Vətəndaşlar artıq irihəcmli mühərriki olan avtomobillərə az maraq göstərir. Əksinə, mühərrik həcmi 1500-2000 sm³ olan avtomobillərə tələbat böyükdür. Yeni avtomobil bazarında vətəndaşlar əsasən hibrid krossover və mini-krossoverlərə üstünlük verirlər”.

Ekspert həmçinin avtokreditlərlə bağlı problemlərə də toxunub:

“Azərbaycanda avtomobillərə verilən kredit şərtləri çox ağırdır. Hətta yüksək maaşlı vətəndaşlar belə banklardan kredit almaqda çətinlik çəkirlər”.

Onun sözlərinə görə, yaxın aylarda avtomobil qiymətlərində kəskin artım gözlənilmir:

“Amma ilin sonuna qədər hibrid avtomobillərin qiymətində artım ola bilər. Çünki bazarda bu avtomobillərə tətbiq olunan ƏDV güzəştinin ləğvi ilə bağlı şayiələr dolaşır. Əgər bu baş verərsə, hibridlərin qiyməti təxminən 20 faiz yüksələcək”.

E.Cəfərov qeyd edib ki, Azərbaycan avtomobil bazarı özünü tənzimləmə xüsusiyyətinə malikdir və böhrana davamlıdır:

“Xatırlayırsınızsa, 2015-2016-cı illərin devalvasiyasından sonra bazarda kəskin böhran yaşanmışdı və satışlar demək olar ki, dayanmışdı. Lakin qısa müddət ərzində, iki ilə bazar yenidən dirçəldi. Ümumilikdə isə Azərbaycan avtomobil bazarı manatla birbaşa bağlıdır. Valyutada hər hansı dəyişiklik bazara dərhal təsir edir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv