İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Çin, #Ermənistan, #İran, #Rusiya, #Turizm sektoru, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sərhədlər açılandan sonra Türkiyə və Azərbaycanın Ermənistan iqtisadiyyatını nəzarətə götürəcəyi gözləntiləri erməniləri narahat edir.

presstvaz Publika.az-a istinadla xəbər verir ki, erməni ekspertlər Türkiyə və ya Azərbaycanın kənd təsərrüfatı məhsullarının irimiqyaslı idxalından daha çox, turizm sektorunun problemlərlə üzləşcəyini düşünürlər.

Erməni iqtisadçı Razmik Terteryan hesab edir ki, turizm sektorunda böyük güc olan Türkiyə Ermənistan iqtisadiyyatını da bu yolla ələ keçirə bilər.

“Türkiyə turizm sektorunun ən yaxşıları sırasındadır. Sərhədlər açılandan sonra Türkiyə Ermənistanda otellər alaraq, yenilərini tikə bilər. Bu halda həm də tikinti sektoruna çıxış əldə edə bilərlər. Otellərdən sonra mənzil tikintisi, daha sonra dövlət tenderlərində iştirak edən istehsal sektoru, infrastrukturun tikintisi, dəmir yolu və magistral yolları nəzarətə götürə bilərlər”, – o iddia edib.

Erməni iqtisadçı qeyd edib ki, xidmət sektoru zəncirin əsas halqasıdır: “Türkiyə və Azərbaycan müsəlman ölkələrindən ucuz işçi qüvvəsi cəlb edə bilər. Bu isə illər keçdikcə demoqrafik dəyişiklik riskini yaradır. Çünki vətəndaşlığa ən sürətli yol qarışıq nikahlardır, nəticədə Ermənistanda müsəlman əhalisinin sayının artması baş verə bilər”.

Terteryan iddia etdiyi bu risklərin qarşısını almaq üçün təkliflər irəli sürür. Onun fikrincə, Ermənistan hökuməti Türkiyə və Azərbaycan şirkətləri üçün xüsusi lisenziya prosedurları və digər məhdudiyyətlər qoymalıdır.

“Eyni zamanda, Rusiya, İran, Çin və Avropa şirkətlərinə daha böyük imtiyazlar verilməlidir. Buna paralel olaraq, Ermənistanın əmək bazarında əcnəbilərin məşğulluq şərtlərini, eləcə də onların ölkəmizdə qalma müddətini sərtləşdirmək lazımdır”, – o təklif edib.

Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmadığı üçün sərhədlər açılmayıb. Türkiyə-Ermənistan sərhədinin açılmaması da bundan qaynaqlanır. Halbuki, sərhədlər açılarsa, Ermənistan böyük iqtisadi dividentlər əldə edəcək. Ermənilər isə sərhədlər açılmadığı halda artıq bunun əleyhinə kampaniyaya başlayıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv