Mourinyo "Qarabağ"ın qalib gələcəyini öncədən görüb…

Mourinyo "Qarabağ"ın qalib gələcəyini öncədən görüb…






presstv

"Presstv"az #İstanbul, #Joze Mourinyo, #Təbrik, #UEFA Çempionlar Liqası, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İstanbulun "Fənərbağça" klubunun prezidenti Əli Koç “Qarabağ” klubunu UEFA Çempionlar Liqasında “Benfika” üzərindəki qələbəyə (3:2) görə təbrik edib.

presstvaz Qol.az-a istinadən xəbər verir ki, o, bu haqda “TRT Spor”a müsahibəsində deyib.

“Qarabağ”dakı dostumla danışdım, təbrik etdim. Könül bağımız olan klubdur. Onlara salam olsun” – deyə o qeyd edib.

Ə.Koç bu məğlubiyyət səbəbindən “Fənərbağça"nın sabiq baş məşqçisi Joze Mourinyonun “Benfika”ya eyni vəzifəyə gətiriləcəyi barədə xəbərlərə də münasibət bildirib.

O, bu zaman portuqaliyalı mütəxəssisə atmacalı mesaj ünvanlayıb:

“Mən bu xəbəri səhər saatlarında gördüm. Dəqiq olub-olmadığını bilmirəm. Mourinyonun "Benfika" ilə anlaşması xəbəri doğrudursa, buna həyatın qəribə təsadüfü deyə bilərəm. Başqa nə deyə bilərəm? Bundan nə qədər desən, hekayələr çıxarmaq olar (gülür). Mourinyo o qədər böyük adamdır ki, "Qarabağ"ın "Benfika"ya qalib gələcəyini xeyli öncədən görərək, hesablayıb. Az qala püşkatmadan əvvəl… Belə çıxır ki, özü "Fənərbağça"dan qovulmasını, buna səbəb gördüyü klub rəhbərliyini tənqid etməsini, "Benfika"ya uduzmasını planlaşdırıb. Müdhiş ssenaridir".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv