Səudiyyə və Pakistan arasında tarixi saziş: Birinə hücum olsa…

Səudiyyə və Pakistan arasında tarixi saziş: Birinə hücum olsa…






presstv

"Presstv"az #Məhəmməd Şahbaz Şərif, #Pakistan, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılıqlı müdafiə sazişi imzalayıblar.

presstvaz-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə Şərifin krallığa səfərinin yekunlarına dair bəyanatda deyilir.

"Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif iki ölkənin regionda və dünyada təhlükəsizliyi gücləndirmək, sülh və firavanlığa nail olmaq səylərinin bir hissəsi olan birgə strateji müdafiə sazişi imzalayıblar", – deyə məlumatda bildirilir.

Məlumata görə, saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın müxtəlif aspektlərini inkişaf etdirmək və istənilən təcavüzə qarşı qarşılıqlı çəkindirməni gücləndirmək məqsədi daşıyır.

"Müqavilə iki ölkədən birinə qarşı hər hansı təcavüzün hər iki ölkəyə qarşı təcavüz kimi qiymətləndirilməsini nəzərdə tutur", – sənəddə vurğulanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv