Braziliyanın keçmiş prezidentində xərçəng tapıldı

Braziliyanın keçmiş prezidentində xərçəng tapıldı






presstv

"Presstv"az #Ali Məhkəmə, #Audi, #Braziliya, #Hakim, #Həkim, #Məhkum

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Braziliyanın dövlət çevrilişinə cəhdə görə daha əvvəl 27 ildən artıq həbs cəzasına məhkum edilmiş keçmiş prezidenti (2019-2022-ci illər) Jair Bolsonaruda dəri xərçəngi aşkarlanıb.

presstvaz bildirir ki, bu barədə “CNN Brasil” telekanalı onu müalicə edən həkimə istinadən məlumat verib.

Onun sözlərinə görə, dərinin zədələnmiş sahələrini erkən aşkarlamaq mümkün olub:

“Bolsonaru vaxtaşırı müayinələrdən keçməli olacaq. Mövcud yaralar çıxarılıb, lakin dərisinin ümumi vəziyyətinə görə nəticələr hələ ilkindir”, – deyə həkim vurğulayıb.

Keçmiş prezidentə döş qəfəsi və qolunda dəri zədələri diaqnozu qoyulub.

Xatırladaq ki, sentyabrın 12-də Braziliyanın Federal Ali Məhkəməsi ölkənin hazırkı lideri Luis İnasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün dövlət çevrilişinə cəhd ittihamı ilə sabiq prezident (2019-2022) Jair Bolsonarunu 27 il 3 ay həbs cəzasına məhkum edib.

O, avqustun 4-dən ev həbsindədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv