ABŞ-də “ChatGPT” ilə bağlı yenilik: Bəzi hallarda “məsləhət bilsə”, polisə zəng edəcək

ABŞ-də “ChatGPT” ilə bağlı yenilik: Bəzi hallarda “məsləhət bilsə”, polisə zəng edəcək






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #ChatGPT, #Həkim, #OpenAI, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ChatGPT” çatbotu istifadəçinin sorğularında təhlükə aşkar edərsə, polisə zəng edə biləcək. Süni intellektin yeni təhlükəsizlik sistemi xüsusilə azyaşlı istifadəçilərə yönəldilib.

presstvaz-ın məlumatına görə, bu barədə ABŞ-nin “OpenAI” şirkətinin saytında xəbər verilib.

Bildirilir ki, “ChatGPT” platformasında istifadəçilərin yaşını avtomatik müəyyən edə biləcək sistem tətbiq olunacaq. Məqsəd xidmətin funksionallığını fərqli yaş qruplarına uyğunlaşdırmaq və azyaşlıların təhlükəsizliyini təmin etməkdir. Minimum yaş həddi 13 il olaraq müəyyən edilib.

Yeni texnologiya istifadəçilərin davranışlarını və qarşılıqlı əlaqələrini analiz edərək onların yaşını qiymətləndirəcək. Əgər sistem istifadəçinin 18 yaşdan yuxarı olduğunu əminliklə təsdiqləyə bilməzsə, “ChatGPT” versiyasına tam giriş məhdudlaşdırılacaq, əvəzinə yeniyetmələr və uşaqlar üçün nəzərdə tutulmuş sadələşdirilmiş interfeys aktivləşdiriləcək.

Bəzi hallarda və regionlarda istifadəçinin yaşını sənəd vasitəsilə təsdiqləməsi tələb oluna bilər.

Valideynlər və qəyyumlar üçün də nəzarət alətləri hazırlanıb. Onlar xüsusi dəvət vasitəsilə öz hesablarını uşağın profilinə bağlaya, cavab məzmununa limit qoya, söhbət tarixçəsinin saxlanması və botun yaddaş funksiyasını idarə edə, həmçinin yeniyetmədə emosional gərginlik əlamətlərini izləyən bildirişlər ala biləcəklər. Həmçinin müəyyən saatlarda xidmətin istifadəsini məhdudlaşdırmaq mümkün olacaq.

Məxfilik baxımından “OpenAI” istifadəçi məlumatlarını həkim və hüquqşünaslarla aparılan məxfi söhbətlər səviyyəsində qorumağı hədəfləyir. Məlumatlar şirkət əməkdaşları üçün əlçatan olmayacaq, yalnız həyat təhlükəsi, başqasına zərər riski və ya kiberhücumlardan ibarət ciddi hallar istisna təşkil edir.

Şirkət vurğulayır ki, prioritet azyaşlıların qorunmasıdır.

Yeniyetmələr üçün isə təhlükəsizlik baxımından əlavə filtr funksiyaları tətbiq olunacaq: “ChatGPT” özünü zərərvermə, intihar mövzularında və flirt tipli müzakirələrdə aktivləşdirməyəcək.

Əgər 18 yaşdan kiçik istifadəçidə intihar düşüncələri aşkarlanarsa, sistem əvvəlcə valideynlərlə əlaqə qurmağa çalışacaq; uğursuz olarsa, dərhal təhlükə halında hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Dəyişikliklərin tətbiqi cari ilin sonuna planlaşdırılır. Bu təşəbbüs ABŞ Konqresində süni intellekt çatbotlarının yeniyetmələrin psixi sağlamlığına mənfi təsiri ilə bağlı dinləmələr və Federal Ticarət Komissiyasının texnologiya şirkətlərindən təhlükəsizlik tədbirləri barədə məlumat tələb etməsi fonunda həyata keçirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv