Qazaxıstan neftinin BTC ilə nəqli bərpa olundu

Qazaxıstan neftinin BTC ilə nəqli bərpa olundu






presstv

"Presstv"az #Aktau, #Azərbaycan, #Bakı, #Günəş, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Qazaxıstanın "KazMunayQaz" milli şirkəti (KMQ) avqust ayında dayandırılan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.

presstvaz APA-ya istinadən xəbər verir ki, bu barədə "KazMunayQaz" məlumat yayıb.

”KazMunayQaz” Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib. 13 sentyabrda Aktau limanından Bakı-Tbilisi-Ceyhan istiqamətinə 8,8 min ton “Kaşagan” nefti yüklənib və növbəti yükləmə 20 sentyabrda planlaşdırılır", – məlumatda bildirilir.

Məlumata görə, 2025-ci ilin 8 ayında BTC ilə Qazaxıstan neftinin daşınma həcmi 0,9 mln.ton olub.

Qeyd edək ki, 2022-ci ildə KMQ ilə Azərbaycanın SOCAR arasında Qazaxıstan neftinin tranziti ilə bağlı saziş imzalanıb. 2024-cü ildə isə KMG ilə SOCAR arasında Azərbaycan Respublikasının ərazisi üzərindən neft tranzitinin mərhələli şəkildə artırılması barədə razılaşma əldə olunub.

Xatırladaq ki, cari ilin iyulunda BTC Co. şirkətinə Bakı-Tiflis-Ceyhan (BTC) ilə nəql olunan xam neft yüklənmiş bəzi daşımalarda üzvi xloridlərlə bağlı potensial keyfiyyət məsələsi olduğu haqda məlumat daxil olub. BTC Co. dərhal boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsi işlərini həyata keçirib.

Bu qiymətləndirmələrin nəticəsi göstərib ki, Ceyhan terminalınadək boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyəti qəbul olunmuş spesifikasiyaya uyğundur. Əlavə olaraq, Ceyhan terminalındakı çənlərin içərisindəki xam neftin keyfiyyətinin qiymətləndirilməsi işləri də aparılıb. Nəticədə bəzi çənlərdə xam neftin tərkibində üzvi xloridlərin mövcudluğu müəyyən edilib. Dərhal müvafiq tədbirlər görülüb və həmin çənlər təcrid edilib.

Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan "Azəri-Çıraq-Günəşli" blokunda hasil edilən neft və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur. BTC Co.-nun səhmdarları: bp (30.1%), SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5%), TotalEnergies (5%), ITOCHU (3.4%), ONGC Videsh (3.1%), ExxonMobil (2.5%) and INPEX (2.5%).


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv