Futbol klubları 2026-cı il dünya çempionatına görə rekord gəlir əldə edəcəklər

Futbol klubları 2026-cı il dünya çempionatına görə rekord gəlir əldə edəcəklər






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dollar, #Futbol, #Kanada, #Meksika, #Qətər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

FIFA 2026-cı il dünya çempionatında futbolçuların iştirakına görə klublara rekord məbləğdə – 355 milyon dollar təzminat ödəyəcək.

presstvaz xəbər verir ki, bu barədə məlumat FIFA-nın saytında yerləşdirilib.

Məbləğ əvvəlki mundialla müqayisədə təxminən 70 faiz artıb. Belə ki, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatına görə klublara 209 milyon dollar ödənilmişdi.

FIFA-dan bildirilib ki, ilk dəfə olaraq yalnız mundialın final mərhələsində deyil, həm də seçmə oyunlarında futbolçuları milliyə ayrılan klublara təzminat veriləcək. Klublara ödəniləcək konkret məbləğlər daha sonra açıqlanacaq.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 yığma iştirak edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv