Rusiya NATO-ya qarşı gələcək münaqişələrə hazırlaşır – ABŞ-dən yeni iddialar

Rusiya NATO-ya qarşı gələcək münaqişələrə hazırlaşır – ABŞ-dən yeni iddialar






presstv

"Presstv"az #ABŞ, #Dollar, #Müharibə, #Münaqişə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yayımladığı məlumata görə, Rusiya gələcəkdə NATO ilə baş verə biləcək mümkün münaqişələr üçün hazırlıqlarını davam etdirir.

presstvaz xəbər verir ki, məlumata görə, Moskva Ukraynada əldə etdiyi hərbi təcrübəyə əsaslanaraq, Alyansın imkanlarını və xüsusilə də hücum dronlarına qarşı müdafiə reaksiyalarını qiymətləndirməyə çalışır.

ISW-nin hesabatında qeyd olunur ki, Kremlin əsas prioritetlərindən biri də hərbi gücünü qoruyub saxlamaqdır. Bu məqsədlə, böyük büdcə kəsiri ilə üzləşən Rusiya hökuməti iqtisadi yükü əhalinin üzərinə qoymağa hazırlaşır. Nəşr yazır ki, federal büdcədəki kəsiri kompensasiya etmək üçün Rusiya əlavə dəyər vergisini (ƏDV) mövcud 20 faizdən 22 faizə qaldırmağı planlaşdırır.

Məlumata görə, bu dəyişiklik Rusiya hökumətinə illik təxminən 1 trilyon rubl (11,9 milyard dollar) əlavə gəlir gətirə bilər ki, bu da ölkənin ümumi daxili məhsulunun təxminən 0,5 faizinə bərabərdir. Ekspertlər bildirir ki, vergi artımı əhali üçün əlavə maliyyə yükü yaradacaq, çünki müəssisələr bu artımı qiymətlərə əks etdirərək xərcləri istehlakçılara ötürəcəklər.

Qeyd edək ki, bu iqtisadi addımlar, Kremlin hərbi xərclərdən imtina etmədən, resurs çatışmazlığını daxili vergilərlə kompensasiya etmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv