Məhərrəm Əliyevin qohumu yenidən həbs edildi

Məhərrəm Əliyevin qohumu yenidən həbs edildi






presstv

"Presstv"az #Bakı, #Hadisə, #Hakim, #Prezident Administrasiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı qalmaqallarla hallanan yaxın qohumu İsa Əzizov növbəti dəfə həbs edilib.

presstvaz Gününsəsi.info-ya istinadla xəbər verir ki, İsa Əzizov bu dəfə “See Breeze” İstirahət Mərkəzində dava-dalaş salıb. Bu davadan sonra polis tərəfindən saxlanılan İsa Əzizov cinayət məsuliyyətinə cəlb olunub.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan seçilib.

O, hazırda Bakıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanılır. İsa Əzizov bu dəfə Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə təqsirli bilinir.

Xatırladaq ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də həbs həyatı yaşamışdı.

Azadlığa çıxdıqdan sonra İsa Əzizov 2019-cu ildə yenidən həbsdə düşdü. Bu dəfə o, Bakının mərkəzindəki silahlı atışmada iştirak edib. Hadisə zamanı onları polisə tabe olmağa çağıran əməliyyatçılara bıçaqla hədə-qorxu gəlmişdi.

Qeyd edək ki, əvvəllər İsa Əzizovun Əliyevlərin bacısı oğlu olduğu barədə məlumatlar yayılsa da sonradan Adil Əliyev bunu təkzib edərək bildirib ki, İsa onların uzaq qohumudur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv