Azərbaycanın 10 milyonuncu sakini məktəbə qədəm qoyur

Azərbaycanın 10 milyonuncu sakini məktəbə qədəm qoyur






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Hadisə, #Həkim, #İlham Əliyev, #Körpə, #Mehriban Əliyeva, #Orta məktəb, #Təbrik, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2019-cu ildə Azərbaycanın 10 milyonuncu sakini kimi dünyaya gələn Mehriban Həsənova bu il məktəbə başlayır. Onun məktəb həyatına qədəm qoyması təkcə ailəsi üçün deyil, ölkə üçün də simvolik hadisə hesab olunur.

Qeyd edək ki, 2019-cu il aprelin 6-da Azərbaycanın əhalisi rəsmi olaraq 10 milyon nəfərə çatıb. Həmin gün dünyaya gələn körpəyə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın adı verilib. Prezident İlham Əliyev və Birinci xanım ailəni şəxsən təbrik edib, onlara mənzil hədiyyə olunub, körpənin adına isə əlavə maliyyə vəsaiti köçürülüb.

Hazırda məktəbə qədəm qoyan Mehriban ailəsi ilə birlikdə Yasamalda yaşayır. Onun bir bacısı var. Anası informatika müəllimi olduğu üçün valideynləri Mehribanın da təhsilini anasının çalışdığı 7 nömrəli tam orta məktəbdə davam etdirməsinə qərar veriblər.

presstvaz xəbər verir ki, atası Rauf Həsənov AzEdu.az-a açıqlamasında bildirib ki, qızlarının təhsilinə xüsusi diqqət yetirirlər.

“Mehriban indi uşaqdır, həkim olmaq istəyir. Biz gələcəkdə də valideyn olaraq seçimində ona hər zaman dəstək olacağıq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv