Bakıda satılan “Ayfon 17”-nin qiyməti gülüş doğurdu – FOTO

Bakıda satılan “Ayfon 17”-nin qiyməti gülüş doğurdu – FOTO






presstv

"Presstv"az #Apple, #iPhone, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Apple" şirkətinin təqdim etdiyi yeni "iPhone 17" seriyasının qiyməti sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, dəyəri 4500 manat olan mobil telefon inəklə müqayisə olunub. Hər ikisinin qiymətinin bərabər olması gülüş doğurub və müəyyən təbəqələr arasında mübahisələrə yol açıb.

Bir inəyin dəyəri təxminən nə qədərdir?

Globalinfo.az-a danışan heyvandarlıq sahəsi üzrə ekspert Mirağa Abdullayev deyib ki, inəklərin qiyməti damazlıq, südlük, ətlik, yaş, cins və genetik keyfiyyəti kimi amillərə görə dəyişir:

"Bir damazlıq inəyin idxalı orta hesabla 4484 manata başa gəlir. İnək südvermə, bala doğma, çəkisinin artması kimi yollarla uzun müddət davamlı gəlir mənbəyidir. Onun saxlanması üçün yem, baytarlıq xidməti, qoruma, su və sığınacaq kimi xərclər var. Telefonun ilkin qiyməti yüksək olsa da, aylıq xərci daha aşağıdır".

Sosioloq Mail Yaqub bildirib ki, müasir biznes real tələbat deyil, status üzərində qurulub:

"İnsanlar özlərini yüksək mövqedə göstərmək istədiklərinə görə belə məhsulları alırlar. Əks halda, şirkət və brendlərin satış imkanları məhdudlaşardı. Müasir psixologiyada "davranış iqtisadiyyatı" adlanan bir sahə var. Aparılan tədqiqatlar göstərir ki, insanlar alış-veriş zamanı çox vaxt məntiqlə deyil, hisslərin təsiri ilə qərar verirlər. Yəni alışlarımızın 80-90 faizi emosiyalarla bağlıdır. Məsələn, ehtiyacımız olmayan məhsulu sadəcə vitrində gördüyümüz və bəyəndiyimiz üçün alırıq. Bu, məntiqsiz qərardır və böyük brendlər də məhz bu zəiflikdən istifadə edərək satışlarını artırırlar. Nəticədə külli miqdarda vəsait xərclənir, ölkədən valyuta çıxır. Bunun qarşısını yalnız maarifləndirmə yolu ilə almaq mümkündür. Bahalı məhsul insanın şəxsiyyətini və dəyərini müəyyən etmir. Bunun izahına ehtiyac var".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv