Türkiyəli nazir müavini: “Kültür yolu” festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik”

Türkiyəli nazir müavini: “Kültür yolu” festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik”






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Türkiyə “Kültür yolu” festivalı çərçivəsində də Azərbaycanla əməkdaşlıq edəcək”.

presstvaz xəbər verir ki, bunu “Report”a Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alparslan bildirib.

O deyib ki, Türkiyə hər sahədə olduğu kimi mədəniyyət və turizm sahəsində də Azərbaycanla birgə xeyli layihələrdə addımlar atır.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2021-ci ildən təşkil etdiyi “Kültür yolu” festivalının artıq 2023-cü ilin dekabrından Avropa Festivallar Assosiasiyasının (EFA) üzvü olaraq beynəlxalq arenaya çıxdığını vurğulayan nazir müavini hər il ölkənin 5 şəhərini əlavə etməklə bu layihənin daha da böyük miqyas aldığını bildirib: “Bu il festival ölkəmizin 20 şəhərində ardıcıl təşkil edilir. Hazırda festivala başda Azərbaycan da daxil olmaqla, türk dünyasını cəlb etmək kimi müzakirələr aparılır.

“Kültür yolu” festivalı mədəniyyət, incəsənət və əyləncənin zirvəyə çatdığı layihə olaraq nəinki türk dünyasını, bütün dünya mədəniyyətlərini özündə əks etdirməklə beynəlxalq miqyas almağa doğru irəliləyir”.

Qeyd edək ki, hazırda festival Türkiyənin Qaziantep şəhərində keçirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv