Ölü internet nəzəriyyəsi: Hər üç nəfərdən biri saxtadır?

Ölü internet nəzəriyyəsi: Hər üç nəfərdən biri saxtadır?






presstv

"Presstv"az #OpenAI, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İnternetdə trafik son illərdə sürətlə artıb və artıq bu dəyişikliklər gözardı edilə bilməz. Amma sual budur: bu trafikin nə qədəri həqiqi insanlardan, nə qədəri isə botlardan ibarətdir? Məhz bu suala cavab axtaran "ölü internet nəzəriyyəsi" son dövrlərdə daha çox müzakirə olunur.

presstvaz xəbər verir ki,  "Cloudflare" şirkətinin məlumatına görə, hazırda internet trafikinin təxminən 1/3-i botlar tərəfindən yaradılır. Onların əksəriyyəti birbaşa diqqət çəkmir: çünki əsasən veb-səhifələri tarayır, indeksləyir və ya süni intellekt modelləri üçün məlumat toplayırlar. Lakin sosial mediada saxta şərhlər yazan, süni intellektin danışıq və mətn üslubunu təqlid edən bot hesablar, interneti getdikcə daha "saxta" hiss etdirən hallara səbəb olur.

"OpenAI" şirkətinin qurucusu Sem Altman da bu narahatlığı bölüşür. O, keçən həftə "Anthropic"in "Claude Code" aləti ətrafında yaranmış "Reddit" icmasında bir paylaşım altında "Codex" barədə çoxlu müsbət rəylər oxuduğunu, amma bunların bot hesablar tərəfindən yazıldığı təəssüratına düşdüyünü bildirib. Altman deyib: "Süni intellekt səbəbindən "Twitter" və "Reddit" bir neçə il əvvələ nisbətən indi daha çox saxta görünür".

Altman bu ayın əvvəlində də oxşar fikir səsləndirərək demişdi: "Ölü internet nəzəriyyəsini heç vaxt ciddi qəbul etmirdim, amma indi "Twitter"də çoxlu LLM-lərlə idarə olunan hesabların olduğunu görmək olur".

Ölü internet nəzəriyyəsi nədir?

Bu nəzəriyyəyə görə, internetdəki kontentin böyük hissəsini insanlar deyil, botlar yaradır. Botlar qarşılıqlı əlaqə formalaşdırır, insanlarla ünsiyyət qurur və saxta aktivlik təsiri bağışlayır. Bu da əsasən internetdə gəlir əldə etmək üçün lazım olan "qarşılıqlı əlaqə" tələbinin nəticəsi sayılır.
Üstəlik, "OpenAI" kimi süni intellekt şirkətlərinin inkişafı ilə bu botlar artıq insanları o qədər dəqiq təqlid edə bilir ki, hətta təhlükəsizlik yoxlamalarından keçərək öz hesablarını real istifadəçilər kimi idarə edirlər. Beləliklə, internetdə qarşılaşdığımız hər üç istifadəçidən birinin bot ola biləcəyini nəzərə almaq lazımdır.(Qaynarinfo.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv