Azərbaycan ADB ilə Hövsanda tullantı sularının təmizlənməsinə dair Saziş imzalayıb

Azərbaycan ADB ilə Hövsanda tullantı sularının təmizlənməsinə dair Saziş imzalayıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA), #İlham Əliyev, #Sərəncam, #Xəzər dənizi, #Zaur Mikayılov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Asiya İnkişaf Bankı (ADB) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) arasında ölkənin ən böyük obyektlərindən biri olan Hövsan Tullantı Sularının Təmizlənməsi Qurğusu ilə bağlı PPP (Dövlət-Özəl Tərəfdaşlığı) üzrə Texniki Yardım Sazişi (TAS) imzalanıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, sənəd ADSEA-nın sədri Zaur Mikayılov və ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal arasında keçirilən görüş çərçivəsində imzalanıb.

Bu saziş, cari ilin əvvəlində duzsuzlaşdırma zavodunun uğurla tenderə çıxarılmasından sonra Azərbaycanda hazırlanan ikinci PPP layihəsidir.

Görüş zamanı Azərbaycanda dövlət-özəl tərəfdaşlığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, Asiya İnkişaf Bankı ilə potensial Texniki Yardım layihələri təqdim edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev 25 dekabr 2023-cü ildə Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Gələcəkdə Hövsan Aerasiya Stansiyasındakı sutəmizləyici qurğuların gücünün 200 min kubmetrə qədər artırılması nəzərdə tutulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv