Paytaxtda skuter sürənlərin NƏZƏRİNƏ

Paytaxtda skuter sürənlərin NƏZƏRİNƏ






presstv

"Presstv"az #Avto, #Bakı, #Hadisə, #İnzibati Xətalar Məcəlləsi, #Mikromobillik, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son dövrlərdə Bakıda elektrik skuterlərinə maraq artıb.

presstvaz xəbər verir ki, bu nəqliyyat vasitələrinin iştirak etdiyi yol-nəqliyyat hadisələrinin də çoxaldığı müşahidə olunur. Əksər hallarda bu tip qəzalar mikromobillik üçün xüsusi hərəkət zolaqlarının olmadığı yerlərdə baş verir.

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu qəzaların qarşısını almağın əsas yollarından biri şəhərdə mikromobillik zolaqlarının genişləndirilməsidir.

Onun sözlərinə görə, şəhər küçələrində fərqli nəqliyyat istifadəçilərinin piyadaların, skuterlə və ya digər yüngül elektrik vasitələri ilə hərəkət edənlərin, eləcə də ictimai nəqliyyatdan istifadə edənlərin rahat və təhlükəsiz hərəkəti üçün ayrıca, davamlı yollar mövcud olmalıdır:

"Bu hərəkət axınları bir-biri ilə qarışmamalı, keçidlər isə təhlükəsiz və rahat şəkildə təşkil olunmalıdır," – deyə ekspert qeyd edib.

Baş Dövlət Yol Polisi İdarəsi isə bildirir ki, elektrik skuteri kimi kiçik nəqliyyat vasitələrinin sürücüləri avtomagistrallarda deyil, yalnız ictimai istifadəyə açıq avtomobil yollarının sağ kənar zolağı ilə hərəkət etməlidirlər. Əgər velosiped yolu varsa, həmin nəqliyyat vasitəsi sürücüləri onun yanındakı hissədən istifadə etməməlidir.

Qurum əlavə edib ki, qaydalara əməl etməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə oluna bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv