“Qarabağ” üçün gözlənilməz şans – UEFA-dan VACİB QƏRAR

“Qarabağ” üçün gözlənilməz şans – UEFA-dan VACİB QƏRAR






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Azərbaycan, #Futbol, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

UEFA İcraiyyə Komitəsi cari mövsümdə avrokubokların reqlamentində dəyişiklik edib.

presstvaz xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Yeni qərara əsasən, klublar əsas mərhələnin 6-cı turuna qədər uzunmüddətli zədə və ya xəstəlik keçirmiş bir oyunçunu müvəqqəti olaraq başqası ilə əvəzləyə bilər.

Bildirilir ki, dəyişikliyin tətbiqinə səbəb komandaların siyahılarında azalmaların qarşısını almaq, həmçinin, futbolçuları əlavə iş yükündən qorumaq istəyidir.

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyunlarına sentyabrın 16-da start veriləcək.

Xatırladaq ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” klubunun futbolçusu Nəriman Axundzadə millimizin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə qarşılamasından əvvəl zədələnib. Onun bir ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Onu da əlavə edək ki, yay transfer pəncərəsi çərçivəsində “Qarabağ” klubu hücumçu transferi etməyib. Bu isə azarkeşlərin narazılığına səbəb olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv