Bakıda bağçada uşağa qarşı kobud rəftar edən tərbiyəçi işdən çıxarılıb

Bakıda bağçada uşağa qarşı kobud rəftar edən tərbiyəçi işdən çıxarılıb






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Bakı, #Hadisə, #Uşaq bağçası, #Xətai rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən gün Bakının Xətai rayonunda yerləşən “Predu” uşaq bağçasının Həzi Aslanov filialında tərbiyəçinin azyaşlı uşağa qarşı kobud rəftarı ilə bağlı videogörüntülər yayılıb.

presstvaz xəbər verir ki, tərbiyəçi 3 yaşlı qızı döşəmədə sürüyüb.

Bağçanın nümayəndəsi Samirə Muradova Xəzər TV-yə bildirilib ki, yayılan kadrlar bir neçə ay əvvəl çəkilib və həmin işçi artıq işdən azad olunub:

“Valideyn görüntüləri bizə təqdim etdikdən sonra işçini dərhal işdən azad etdik və tədris prosesinə davam etdik. Uşağın nevroloji problemləri var idi, valideyn gündüz saatlarında bağçaya gəlib ona dərman verirdi. Həmin dərman aqressiya yaratdığından digər valideynlər narahatlıq ifadə etmişdilər. Buna görə valideynə reabilitasiya tipli mərkəzlərə müraciət etməsi tövsiyə olunub. Lakin valideyn bağçanı tərk etmək istəməyib və digər 4 uşağın ödənişini ödəyəcəyini də bildirib”.

S.Muradova həmçinin qeyd edib ki, hadisədən sonra üç nəzarətçi də işdən kənarlaşdırılıb və məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Onun sözlərinə görə, valideynin qeyd etdiyi ödəniş məbləği də həqiqəti əks etdirmir.

Daxili İşlər Nazirliyindən (DİN) isə bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv