Güllələnən siyasətçi Çarli Kirk kimdir – DOSYE

Güllələnən siyasətçi Çarli Kirk kimdir – DOSYE






presstv

"Presstv"az #ABŞ, #Audi, #Hakim, #Münaqişə, #Rusiya, #Silahlı hücum, #Ukrayna, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

presstvaz xəbər verir ki, ABŞ-ın Yuta ştatının Orem şəhərində keçirilən universitet tədbiri zamanı tanınmış siyasi fəal Çarli Kirk silahlı hücuma məruz qalıb. Məlumata görə, Kirk boyun nahiyəsindən güllə yarası alıb. Ağır yaralanan Çarli Kirk xəstəxanaya yerləşdirilib. 

Çarli Kirk kimdir?

ABŞ-da tanınmış sağçı fəal Çarli Kirk 1993-cü ildə anadan olub və gənc yaşlarından siyasi fəaliyyətə başlayıb.

2012-ci ildə sağçı fəal Bill Montqomeri ilə birlikdə Turning Point USA adlı qeyri-kommersiya tələbə təşkilatını yaradıb. Bu qurum ABŞ universitetlərində konservativ dəyərlərin təbliği ilə məşğuldur.

Onun təşəbbüsü ilə Professor Watchlist layihəsi işə salınıb – bu platforma "solçu təbliğat" aparan professorları ifşa etməyi hədəfləyir.

Çarli Kirk sosial mediada böyük auditoriyaya sahibdir – aylıq izləyici sayı təxminən 100 milyon nəfərdir. Onun X platformasındakı hesabı dünyanın ən aktiv on hesabından biri sayılır. Kirk həm də The Charlie Kirk Show adlı verilişi aparır.

O, dəfələrlə Vladimir Zelenskini sərt tənqid edib, Ukrayna prezidentinin Krımı tanımaması ilə öyünməsini "sülh danışıqlarına zərər verən" addım adlandırıb. Kirk bildirib ki, Krımı geri almaq mümkün deyil, yarımada tarixi və etnik baxımdan Rusiya ilə bağlıdır.

Onun sözlərinə görə, münaqişə Ukraynadakı hakim elitanın və ABŞ hərbi-sənaye kompleksinin maraqlarına xidmət edir.

Kirk həmçinin ABŞ senatoru Lindsi Qreymi də kəskin tənqid edib, onun sülh prosesini pozmağa çalışdığını bildirib. Mətbuatda Qremin hərbi-sənaye lobbiləri ilə bağlılığı barədə yazılar dərc olunmuşdu.

Buna baxmayaraq, Kirk çıxışlarında opponentləri ilə açıq diskussiyalara imkan yaradır. Hətta bəzi liberal tələbələr belə onun tədbirlərinin müzakirə və öyrənmə baxımından faydalı olduğunu etiraf ediblər.

Beləliklə, Çarli Kirk həm mühafizəkar auditoriyanın ən güclü səsi, həm də ABŞ-da gənclər arasında rezonans doğuran siyasi simalardan biridir. (Musavat.com)

presstvaz
 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv