Serdar Kılıç: “Ermənistan Türkiyə ilə sərhədin açılmasına müsbət yanaşır”

Serdar Kılıç: “Ermənistan Türkiyə ilə sərhədin açılmasına müsbət yanaşır”






presstv

"Presstv"az #Anadolu, #Audi, #Ermənistan, #İrəvan, #Jurnalistlər, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ermənistan Türkiyə ilə sərhədin açılmasına müsbət yanaşır”.

presstvaz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç deyib.

“Ermənistan tərəfi “Biz sərhədi açmağa hazırıq” açıqlaması verib. Hamının xeyrinə olan bir şeyə təbii ki, onlar da müsbət yanaşırlar. Bəzi layihələri həyata keçirməzdən əvvəl müəyyən texniki işləri görmək lazımdır”, – deyə o qeyd edib.

Kılıç Ermənistanın Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan ilə bir sıra işlər aparıldığını söyləyib:

“Bu işləri nəzərdən keçirəcəyik, keçmiş işləri təsdiq edəcəyik, Gələcəkdə iki ölkənin, xüsusilə də bu bölgənin iqtisadi həyatı üçün nə edilə biləcəyini müzakirə edəcəyik”.

Kılıç Zəngəzur xəttinin önəminə diqqət çəkərək vurğulayıb:

“Bu kommunikasiya xətti yalnız Türkiyə ilə Ermənistan arasında deyil, bütün Mərkəzi Asiya və Türk respublikalarına açılım baxımından mühümdür. Qısa müddətdə bu xətti açaraq, İğdır və Qarsın iqtisadiyyatına töhfə vermək ən böyük arzumuzdur”.

Diplomat əlavə edib ki, rəhbərlik etdiyi nümayəndə heyəti Alican sərhəd qapısından keçərək Ermənistanın paytaxtı İrəvanda görüşlər keçirəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv