Mətbuat Şurasının təmsilçiləri “Yeni Tərtər” qəzetinin 90 illik yubiley toplantısında iştirak ediblər

Mətbuat Şurasının təmsilçiləri “Yeni Tərtər” qəzetinin 90 illik yubiley toplantısında iştirak ediblər






Rəşad Cəfərli

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, sədr müavini Vüqar Zifəroğlu, Şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı və qurumun icraçı katibi Əvəz Rüstəmov “Yeni Tərtər” qəzetinin 90 illik yubileyi ilə bağlı Tərtərdə keçirilmiş tədbirə qatılıblar.

presstvaz bildirir ki, toplantı iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra onlar yubilyar nəşrin ötən dövr ərzindəki fəaliyyətini əks etdirən fotostendlərə, redaksiya əməkdaşlarının kitablarından ibarət sərgiyə baxıb, qəzetin müxtəlif illərdə çapdan çıxmış nömrələri ilə tanış olublar.

Rayon ictimaiyyəti nümayəndələrinin, tanınmış jurnalistlərin iştirak etdikləri tədbirdə qəzetin redaktoru Svetlana Bağırova mətbu orqanın tarixi, keçdiyi yoldan danışıb. Məlumat verilib ki, 1934-cü ildə “Kolxozçuların varlanması uğrunda” adı ilə fəaliyyətə başlayan qəzet 1937-ci ildən “Qızıl Bayraq”, 1991-ci ildən isə “Tərtər” adı ilə nəşr edilib. 1998-ci ildən fəaliyyəti dayanan qəzet 2005-ci ildən etibarən “Yeni Tərtər” adı ilə nəşr edilməyə başlanıb. 90 illik fəaliyyəti dövründə “Yeni Tərtər” qəzeti rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş hadisələri, yenilikləri oxuculara çatdırmaqla rayonun bu dövrə aid salnaməsini yaradıb.

MŞ sədri Rəşad Məcid, sədr müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı V.Zifəroğlu, -nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Ə.Yusifqızı, Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və başqaları redaksiyanın kollektivini qəzetin 90 illik yubileyi münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda qəzetin əməkdaşlarına fəxri fərman və hədiyyələr verilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunmuş Svetlana Bağırovaya medal təqdim edilib.

Rəşad CƏFƏRLİ.

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.