Mbappe: “Nə qədər çox pulunuz varsa, bir o qədər probleminiz olur”

Mbappe: “Nə qədər çox pulunuz varsa, bir o qədər probleminiz olur”






presstv

"Presstv"az #"Real Madrid", #Ailə, #Audi, #Fransa, #Futbol, #Kilian Mbappe, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid”in və Fransa millisinin hücumçusu Kilian Mbappe həyatındakı problemlərindən danışıb.

presstvaz xəbər verir ki, futbolçu bunları “RMC Sport”a müsahibəsində deyib.

“Nə qədər çox pulunuz varsa, bir o qədər probleminiz olacaq. Bəzi insanlar həyatınızın dəyişdiyini görmürlər, sizi uşaqlıqda olduğunuz kimi, bir vaxtlar onlarla birlikdə olduğunuz kimi görməyə davam etmək istəyirlər. Amma sən artıq əvvəlki kimi deyilsən. Sənin vəzifələrin, işin, məsuliyyətin var. Əgər kimsə sizinlə həyat yolunu gedirsə, bu, gözəl hekayədir. Böyümək, yeni zirvələrə çatmaq, ailə qurmaq və möhkəm təməl qurmaq gözəldir. Amma bəzən belə olmur. Münasibətləriniz yaxşı getmədiyi üçün sevdiklərinizlə əlaqəni itirirsiniz. Bu, bir çox idmançıların və məşhurların qarşılaşdığı problemdir”, – deyə Mbappe bildirib.

O, pərdəarxası intriqalara görə futbol dünyasından iyrəndiyini, ancaq idmana bağlı olduğu üçün oynamağa davam etdiyini bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv